‘Bunlar Rüstəm İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var’ - Siyavuş Novruzov

SİYASƏT
18:29 30.04.2013
2404

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov aprelin 30-u Milli Məclisin foyesində jurnalistlərlə söhbətində yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun son zamanlar səsləndirdiyi fikirlərə münasibət bildirib. “Media forum” saytının məlumatına görə, Siyavuş Novruzov Rüstəm İbrahimbəyovu Azərbaycan hakimiyyətinin legitimliyini şübhə altına almaqda qınayıb: “Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyi xalqdır, xalq öz hakimiyyətini formalaşdırır. Azərbaycanda xalq prezidenti, parlament və bələdiyyə üzvlərini seçib, öz hakimiyyətini formalaşdırıb və idarəetmə bu seçkili orqanlara həvalə olunub. Rüstəm İbrahimbəyov heç Azərbaycan vətəndaşı da deyil, Rusiya vətəndaşıdır. Rusiya vətəndaşı olan bir şəxsin Azərbaycan haqqında nə danışması maraqlı deyil. Ölkəmizin ən çətin vaxtlarında, 1990-cı illərin əvvəllərində, ondan sonrakı dövrlərdə, Ermənistan torpaqlarımızı işğal edəndə, Xocalı soyqırımı baş verəndə, Azərbaycanın informasiya blokadasına alındığı və ziyalı dəstəyinə böyük ehtiyac duyulduğu zamanlarda Rüstəm İbrahimbəyov Moskvada otururdu. Amma həmin vaxt o, Azərbaycan həqiqətləri haqda bir kəlmə də danışmayıb, bir məqalə də yazmayıb, iş görməyib. O dövrdə mərkəzi televiziya vardı və orada yalnız ermənilərin təbliğatı gedirdi. Baxmayaraq ki, bu sahə, televiziya sahəsi Rüstəm İbrahimbəyova yaxın sahə idi. Azərbaycan çiçəklənən zaman birdən onun azərbaycanlı olduğu yadına düşüb, ya da kimsə yadına salıb və ölkəmiz haqda danışmağa başlayıb. Təbii ki, bunlar Rüstəm İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var. Bunların hamısı bizim üçün aydındır. İndi hərəsi bir tərəfdən yavaş-yavaş meydana çıxır. Neçə ildir xidmət etdikləri xüsusi xidmət orqanları bunları atıb ortaya və əvvəlki fəaliyyətlərini davam etdirirlər. Rüstəm İbrahimbəyov Rusiyanın adamıdır, o, Rusiyaya işləyir. Azərbaycanda Rüstəm İbrahimbəyovun yubileyləri keçiriləndə ölkənin iqtisadi vəziyyəti indikindən ağır idi, quruculuq-abadlıq işləri indiki səviyyədə getmirdi, ölkənin gəlirləri az idi, dövlət büdcəsi 1 milyard dollar da deyildi. İndi dövlət büdcəsi 25 milyard dollardır. Bu vəsaitlər də əhalinin sosial problemlərinin həllinə, insanların yaxşı yaşamasına, yeni iş yerlərinin açılmasına, beş mindən artıq gəncin xaricdə təhsil almasına xərclənir. Rüstəm İbrahimbəyov nədən narazıdır, narahatdır? İndiyədək bir azərbaycanlını da yaxşı rejissor kimi yetişməsi üçün Rusiyaya aparmayıb, orada yaxşı universitetlərdə oxumasına himayədarlıq etməyib, təhsil haqqına kömək etməyib. Azərbaycan üçün bir nəfər yaxşı rejissor, sənətkar yetişdirməyib”. Rüstəm İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutmasının Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə baş verdiyini iddia edən Siyavuş Novruzov bildirib: “Amma bunlar Azərbaycan üçün təhlükə deyil. Onlar ölkəmizdə heç nə edə bilməzlər və eləmək qabiliyyətinə də malik deyillər. Rüstəm İbrahimbəyov və onu ortaya atanlar yaxşı bilirlər ki, Azərbaycanda sabit hakimiyyət var, hakimiyyətlə xalq birdir, vətəndaşlar prezidenti dəstəkləyir. Sadəcə olaraq, bu gün müəyyən məsələlər, layihələrlə bağlı Azərbaycana təzyiq göstərməyə cəhd göstərirlər. Azərbaycan ümumxalq, dövlət maraqlarını, mənafeyini nəzərə alaraq həmin layihələrdə iştirak etmir. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz bu layihələrə qoşulmayacağıq. Bura Gömrük İttifaqı, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı daxildir. Bu layihələr xalqın maraqlarına zidd olduğuna görə onlara qoşulmayacağıq, işində iştirak etməyəcəyik. Ona görə də bizə təzyiq etməyə, ara qatmağa çalışırlar. Amma belə təzyiqlər heç bir nəticə verməyəcək. Axıradək dayanacağıq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb