AZXEBER.COM-un məlumatına görə, Zaur proqramında bunun yalan olduğunu bildirib. O qeyd edib ki, ATV-dəki fəaliyyətini davam etdirir:
"Hara gedirik? Kim özündən belə xəbər çıxardıb? Müğənni də deyiləm ki, deyim, toyların qabağını alıblar. İki il əvvəl də belə xəbər çıxartdılar, ATV təkzib etdi. Belə yalan xəbəri yaymaqla bizə nə edəcəksiniz? Bizi və kanalı tanıyan, vaxtilə ATV-nin çörəyini yeyənlər edir. Gəzmək üçün harasa gedirik, amma ölkəyə qayıdırıq. Yazıblar mövsüm bitəndə gedirlər. Mövsüm bitəndə hamı tətilə gedir. Nəsə olsa, bizim özümüzdən eşidəcəksiniz. İnstaqram, TikTok rəsmi səhifələrimizdir.
Kanalda mən 23, Günay 19 ildir çalışır. Allah nəsib etsin, bundan sonra da 23 il fəaliyyət göstərək. Belə şeylər edib insanların ürəyini vurmasınlar. Bizə belə piar lazım deyil".