"Bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır" - Qənirə Paşayeva

"Bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır" - Qənirə Paşayeva
SİYASƏT
15:16 02.10.2017
1894
Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib və ATƏT-in Minsk Qrupu ölkələrini sərt tənqid edib, çağırış səsləndirdi.
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili Q.Paşayeva MM-in payız sessiyasının açılışında, Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublika Milli Məclisinin qərarının layihəsi barədə müzakirələrdə gündəliyə işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib və qəbul edilməsinin vacibliyini vurğulayıb:"Mən Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanunu səfərlər edən insanların siyahasına baxdım. Dəhşətlisi odur ki 694 nəfərlik siyahıdaki insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. İlk 5 yerdə Rusiya, Fransa, Amerika, Almaniya və İtaliya dövlətləri gəlir. Bu ölkələr münaqişəninn tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar amma vətəndaşları qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına qanunsiz səfərlər edən ölkələr arasında liderlik edirlər. Bu ölkələrin buradakı səfirləri bizim buradakı çıxış və müzakirələrimiz barədə məlumatlı olurlar. Biz buradan bu ölkələrə səslənirik ki vətəndaşlarınızın Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olar ərazilərinə qeyri-qanunu səfərlər etməsinin qarşısını ciddi şəkildə alın. Digər dəhşətli bir məqam isə ondan ibarətdir ki gedənlərin əksəriyyəti sıravi vətəndaşlar, turistlər deyil. Əksəriyyəti siyasətçilər, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, jurnalistlər, savadlı insanlardır.
Yəni onlar hara getdiklərinin fərqində olan və ya fərqində olmalı olan insanlardır. Məsələn Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edənlər içərisində ilk yerdə Rusiya gəlir. 160 nəfərdən çox Rusiya vətəndaşı bu qanunsuz addımı atıb və arzu olunmazlar siyahısındakı insanların təxminən dörddən birinə yaxındır. Amma aralarında ictimai-siyasi, tanınmış insanlar çoxluq təşkil edir.
Fransa millət vəkilləri, ABŞ ictimai insanları, keçmiş səfir var. Yəni bu insanlar bilirlər və ya bilməlidirlər ki Azərbaycanın torpaq bütünlüyünü, sərhəd toxunulmazlığını pozurlar, qeyri-qanunu addım atırlar və bu çox ciddi məsələdir. Amma onlar nəinki səfər edir. Hətta bir çoxları Azərbaycan dövləti əlehinə və ya onun maraqlarına, ərazi bütövlüyünə uyğun olmayan bəyanat, açıqlama, müsahibələr verirlər və bu çox dəhşətli və narahatverici bir məsələdir. Buradan o ölkələrə və vətəndaşları qeyri-qanunu olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edən ölkələrə səslənirik. Bu məsələyə ciddi diqqət yetirin və qarşısını alın.
Minsk Qrupu ölkələrinə, həmsədrlərə isə xüsusi çağırış səsləndiririk. Durdurun vətəndaşlarınızın bu addımlarını. Biz bir neçə gün bundan əvvəl Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə səfər etmiş bir neçə Türkiyə vətəndaşı ilə bağlı məsələni Türkiyəyə səfərimiz zamanı qardaş Türkiyə rəsmi şəxslərinə də çatdırdıq və qardaşlığımıza zərər vuran bu cür addımlara və adamlara qarşı ciddi tədbirlər görülməsini xahiş etdik. Arzuolunmaz şəxslər siyahasına baxdıqda görürük ki son 5 ildə onların sayı artır. Bu bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır. Hesab edirəm ki Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ayrıca qanun layihəəsini müzakirə edib, qəbul etməliyik və orada bu cür addım atanlara qarşı sərt məsələlər öz əksini tapmalıdır. Hər kəs də görsün və bilsin ki Azərbaycanda bununla bağlı xüsusi qanun da var və onun pozulmasına qarşı ciddi addımlar var və atılacaq. Hesab edirəm ki belə bir qanunun qəbulu vacibdir və payız sessiyamızın gündəliyinə daxil edilməsini və sessiya dövründə müzakirə edilərək qəbul edilməsini təklif edirəm. Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələlərin vurğuladığım məsələlərdən daha da geniş məsələləri əhatə edə bilər və etməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”