“Bura qız arxasınca gəlirsən?” - Elgünün qətlinin TƏFƏRRÜATI

“Bura qız arxasınca gəlirsən?” - Elgünün qətlinin TƏFƏRRÜATI
SOSİAL
11:24 30.07.2022
498
Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirən 2004-cü il təvəllüdlü İlkin Nəzərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 23-də baş verib.

Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs məhkmədə ifadəsində bildirib ki, hadisə günü sevdiyi qızı hazırlıqdan götürərək onun evlərində doğru hərəkət ediblər. Bu zaman İlkin qızın kefinin olmadığını görüb və bunun səbəbini soruşub. Aysu (ad şərtidir) heç nəyin olmadığını desə də, İlkin səbəbi öyrənməkdə israrlı olub. Bundan sonra Aysu Elgün adlı oğlanın ona söz atdığını, nalayiq ifadələr işlətdiyini bildirib.

İlkin Aysunu evə ötürdükdən sonra əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi Elgün Qurbanlı İlkin Nəzərova yaxınlaşıb. O, İlkinə "Bura qız arxasınca gəlirsən? Bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz” deyib.

Buna baxmayaraq, İlkin Elgünün sözlərinə əhəmiyyət verməyib. O, yalnız söhbət zamanı sevdiyi qıza söz atanın məhz Elgün olduğunu anlayıb. Tərəflər yolda söhbət edərkən Elgün İlkinə yumruq zərbəsi endirib, ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı İlkin cibindən çıxardığı bıçaqla Elgünün qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.

Elgün bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlayıb, İlkin isə ərazidən uzaqlaşıb.

Elgün evə çatan zaman atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə "ata, məni vurdular” deyib və dizlərini yerə qoyub. Atası maşınla yaralı oğlunu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlib. Bu zaman maşında texniki nasazlıq yaranıb və Tərtər şəhərinin "Köhnə Avtovağzal” deyilən ərazisində maşını saxlayıb taksiylə yollarına davam ediblər. İş burasındadır ki, xəstəxananın qarşısına çatan zaman taksinin də benzini qurtarıb və onlar yola başqa bir taksi ilə davam ediblər.

Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elgün Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib. İlkin Nəzərov isə tutularaq istintaqa təhvil verilib.

Əlavə edək ki, qətli törədən İlkin Nəzərov Tərtər şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”