Burada edilən dualar daha tez qəbul olur

Burada edilən dualar daha tez qəbul olur
MARAQLI
13:34 12.03.2025
216

Dua etmək üçün müəyyən məkanların daha təsirli olduğu və duaların daha tez qəbul olunduğu barədə bir çox inanclar var. İslamda bəzi məkanlar xüsusilə dua etmək üçün əlverişli sayılır.

AZXEBER.COM Ramazan ayı da daxil olmaqla, duaların daha tez qəbul olduğu məkanları araşdırıb:

Müqəddəs sayılan ilk məkanlar arasında təbbi ki, məscidlər gəlir. Ən müqəddəs yer olan Məscid əl-Haram (Məkkə) və Məscid ən-Nəbəvi (Mədinə) kimi müqəddəs məkanlarda edilən duaların daha tez qəbul olunduğuna inanılır. Həmçinin, hər hansı bir məsciddə dua etmək də səmərəli hesab edilir.

Kəbə İslamın ən müqəddəs məkanı sayılır və burada edilən duaların qəbul olacağına böyük inam var. Kəbənin ətrafında (tavaf edərkən) dua etmək, xüsusilə tövbə və niyyətlərlə edilən dualar Allah tərəfindən geri çevilirməz.

Bəzi mənbələrdə şənbə gününün xüsusilə dua etmək üçün münasib bir gün olduğu qeyd edilir.

Ramazan ayında, əsasən də axşam namazından sonra edilən duaların qəbul olacağına dair böyük inam mövcuddur. Lailətül-Qədr gecəsi də Ramazanın son 10 günündə olan gecələrdən biridir və bu gecənin duaları xüsusilə qəbul edilir.

Həcc və ümrə ziyarəti zamanı, Safa və Mərvə təpələri arasında edilən duaların qəbul olacağına inanılır.

İslamda gecə vaxtı (gecə yarısı) edilən duaların xüsusilə qəbul olacağına dair ənənəvi inanclar da mövcuddur.

Bəzi insanlar üçün ürkütücü olan məzarlıqlarla bağlı mənbələrdə qeyd edilir ki, orada dua etmək savabdır və orada edilən duaların daha tez qəbul olacağına inanılır.

Bu yerlərdən başqa, hər bir insan niyyətlərinin həyata keçməsini arzulayərkən, dua edərkən niyyətinin təmiz və səmimi olması çox önəmlidir. 

 

Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR