Burada ölmək qadağandır

Burada ölmək qadağandır
DÜNYA
12:53 06.02.2013
1520
Dünyanın bir sıra ölkələrinqə qəribə qadağalar mövcuddur. Bu qadağaların gündəmə gəlməsinə səbəb isə bu günlərdə Fransada 200 ildir mövcud olan qadınlara şalvar geyinmək qadağasının ləğv edilməsi oldu. "The Telegraph" qəzetidə bəzi maraqlı qadağaları müəyyən edib. AZXEBER.COM oxucularına bu qadağalardan bəzilərini təqdim edir.Şimal qütbündəki Longyearbyen qəsəbəsində ölmək qadağandır. Çünki bölgədə hökm sürən soyuq hava cəsədlərin çürüməsinə mane olur. Qəsəbə məzarlığı son 70 ildə cəsəd qəbul etməyib.Sinqapur həbsxanasında saqqız çeynəmək qadağandır. 1992-ci ildə qəbul edilən qanuna görə, məhkimlar sadəcə həkimlərin rəyi ilə nikotin saqqızı çeynəyə bilər.Danimarkadakı restoranlarda müştəri əgər doymadığını düşünürsə o hesab ödəmir. Bundan başqa bu ölkədə avtomobili işə salmazdan qabaq onun altında yatmış uşaq olub olmadığını yoxlamaq lazımdır.Yaponiyada kök olmaq qadağandır. 40 yaşından sonra kişilərin belinin ölçüsü 80, qadınlarınkının isə 90 smdən çox olmamalıdır.Taylandda alt paltarı geyinmədən küçəyə çıxmaq qadağandır. Bu ölkədə köynəksiz maşın sürmək də qanuna ziddir.
OXŞAR XƏBƏRLƏR