“Burada nə var axı?” - MTRŞ-dən Zaurun elçilik məsələsi haqda açıqlama

“Burada nə var axı?” - MTRŞ-dən Zaurun elçilik məsələsi haqda açıqlama
SOSİAL
11:02 18.11.2017
7793
Xəbər verdiyimiz kimi, "Xəzər” TV-də yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı məktəbli qızın nikaha cəlb olunması ilə bağlı kadrlar nümayiş etdirilib. 

AZXEBER.COM-un Azvision.az-a istinadən məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda məsələ araşdırılır:
 
"Ümumilikdə bütün televiziya kanallarında yayımlanan verilişlərə nəzarət olunur. Artıq Xəzər televiziyasında yayımlanan bu verilişdən də xəbərdarıq. Bir məqamı da qeyd edək ki, həmin verilişdə evləndirmək, toy məsələsindən söhbət getmir. Sadəcə olaraq, həmin qız uşağına elçi gediblər. Burada nə var axı? Bu, sadəcə elçilikdir. Kimisə evləndirməyiblər ki... Həmin qızın on beş yaşı var. Aparıcının da bundan xəbəri olmayıb. Verilişdə adam evləndiriblər bəyəm?”.
 
T.Dadaşov "Belə bir təbliğatın aparılması nə dərəcədə doğrudur?” sualına cavabında isə bunları qeyd edib:
 
"Mən, təbii ki, bunu müdafiə etmirəm. Gördüyünüz kimi, orada ailənin mövqeyini də efirə verdilər. Ailə də bildirdi ki, bizim qızımız hələ məktəblidir və evlənə bilməz. Bu kadrlar da efirdə nümayiş olundu. Yenə deyirəm, orada kimisə evləndirməkdən söhbət getmir. Sadəcə, aparıcıya zəng vurub, elçi getməyi təklif ediblər. Aparıcıya da yalan məlumat veriblər. Mətbuat bəzən məsələləri həddindən artıq şişirdir. Belə hallara yol vermək düzgün deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib