“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”

“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
SİYASƏT
16:53 01.10.2025
150
"Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı zamanı deyib.

"Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar.

Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır”, - Prezident əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanda əcnəbilərlə bağlı sərt qaydalar qüvvəyə minib
18:59 01.10.2025
Gürcüstanda əcnəbilərlə bağlı sərt qaydalar qüvvəyə minib
Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır
18:46 01.10.2025
Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır
Qırğızıstanda ölüm cəzasının tətbiq edilməsi təklif olunub
18:30 01.10.2025
Qırğızıstanda ölüm cəzasının tətbiq edilməsi təklif olunub
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
18:13 01.10.2025
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
18:09 01.10.2025
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
17:50 01.10.2025
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
17:33 01.10.2025
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
17:11 01.10.2025
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
17:08 01.10.2025
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
17:02 01.10.2025
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
16:56 01.10.2025
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
16:54 01.10.2025
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
16:54 01.10.2025
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
16:53 01.10.2025
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
16:40 01.10.2025
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
16:38 01.10.2025
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir