Burak Özcivit: "20 ildir bərbərə getmirəm"

Burak Özcivit: "20 ildir bərbərə getmirəm"
MAQAZİN
15:56 24.02.2026
376
Bir müddətdir Rusiyada olan aktyor Burak Özçivit maraqlı açıqlaması ilə gündəm olub.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, kanallardan birinə müsahibə verən aktyor 20 ildir bərbərə getmədiyini bildirib.
 
O, saçına özü qulluq etdiyini və saçını özünün kəsdiyini açıqlayıb:
 
"20 ildir bərbərə getmirəm. Saçımı və saqqalımı özüm kəsirəm. Saç qırxan maşından və qayçıdan rahat istifadə edə bilirəm. Mən İncəsənət Universitetini bitirdiyim üçün bu mənə çox asan gəlir. Çünki bu da qabiliyyət, istedad məsələsidir. Mən rəsmlər də çəkirəm. Qayçı və fırça mənim üçün eynidir".
 
Aysel
OXŞAR XƏBƏRLƏR