"Şou-biznes çox dəyişib. Oxuyanlar da var, oxuya bilməyənlər də. Bura artıq bir manapoliyadır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib.
"Gün ortası" verilişinə açıqlamalar verən müğənni Rusiyadan sonra Bakıda fəaliyyətə başlamasından danışıb:
"Şou-biznes çox dəyişib, cavanlar çoxalıb. Oxuyanlar da var, oxuya bilməyənlər də. Bura artıq bir manapoliyadır. Hər kəs özü üçün bir toy biznesi qurub. Burada yenidən işə başlamaq, pul qazanmaq, özünə yer eləmək çox çətindir. İndi burada çox gözəl pullar qazanırlar. Əvvəl "A" və "B" kataqoriyası müğənniləri var idi, indi isə çoxdur. Hərə öz ətrafındakı, yaxın olduğu müğənnilərlə işləyir və o müğənnilər ancaq öz yanındaklara xeyir verirlər. Rusiyada isə elit toylarda ancaq buranın elit təbəqəsinin müğənniləri çıxış edirlər. Bəzi təbəqə isə buradakı cavanları dəvət edirlər. Bizim camiədə birlik, dəstək olmaq anlayışı yoxdur. Elə insanların yanında olmaq lazım deyil. Hamımızın yolu açıq olsun".
Aysel









































