Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə
12:30 29.05.2012
1592
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. Komissiya şagirdlərə imtahana gətirməli olan sənədlərin siyahısını elan edib.11-ci sinif şagirdləri:1. İmtahana buraxılış vərəqəsini2. şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı).9-cu sinif şagirdləri:1. İmtahana buraxılış vərəqəsini2. şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı