"NOW" kanalında yayımlanacaq "Güzel köy" serialının heyəti tamamlanmağa başlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda rol alacaq aktrisalar arasında uzun zamandır heç bir layihədə yer almayan aktrisa Burçin Terzioğlu da var.
Terzioğlu ilə bərabər Gökçe Eyüboğlu da heyətə qatılan simalar arasındadır.
Urla şəhərində cərəyan edən hadisələrdən bəhs edən serial dörd qadının hekayəsindən ibarətdir.
Burçin Terzioğlu canlandırdığı"Leman" obrazı ilə keçmişi ilə üzləşmək üçün qəsəbəyə qayıdan müəllimi canlandıracaq.
Aysel