Günü şanslı bürcləri Əqrəb və Dolçadır
AZXEBER.COM Dekabrın 8-nə olan qoroskopu təqdim edir:
Qoç - Gələcəyə dair ciddi planlar qura bilərsiniz. Bu planlara təkan vermək üçün ətrafınızla fikir alış-verişi edəcəksiniz.
Buğa - Bu gün yeniliklər sizi gərginlikdən uzaqlaşdıracaq. Səyahət zamanı tanış olacağınız insanlardan təsirlənib, özünüzü azad hiss edəcəksiniz.
Əkizlər - Öz iç dünyanınıza qapanmısınız. Ətrafınızla olan münasibətlərinizə ara verib, öz daxili dünyanıza qısa bir səyahət edib, düşünə bilərsiniz. Bu sizə özünüzü daha yaxşı tanımanız üçün yardım edəcək.
Xərçəng - Bu gün mühafizəkarlıqdan uzaq durub, yeniliklərlə maraqlanmalısınız. Yeni şeylər öyrənin. Bunlar düşüncə və hərəkət şəklinizi inkişaf etdirəcək.
Şir - Hissləriniz bu aralar qarışıqdır. İstəklərinizlə duyğularınızın ziddiyyət təşkil etdiyi vaxtlardasınız. Sağlamlığınıza diqqət edin, baş verən hadisələrə görə özünü çox yormayın. Xüsusilə ailədaxili yaranan problemlərdə məsələlərin üzərinə çox getməyin. Qərar vermək üçün doğru zaman deyil.
Qız - Qrup işindən uzaq durmağa çalışırsınız. Konfanslara, iclaslara getməli olsanız istəksiz olduğunuzu birüzə verməyin. İnsanlara təqdim etməli olduğunuz şeyləri gözəçarpacaq şəkildə təqdim edin.
Tərəzi - Bu gün pozitiv bir gündür sizin üçün. Özünüz haqqında düşünüb, həyata baxış tərzinizi dəyişdirəcək qərarlar ala bilərsiniz. Olunan tənqidləri qulaq ardına vurmayın.
Əqrəb - Son zamanlar atdığınız addımların analizi ilə məşğulsunuz. Bu bürcdən olub, hüquqi məsələlərlə bağlı problemi olan şəxslərin problemində müsbət irəliləyişlər olacaq. Gözlədiyiniz yazışmalardan müsbət cavab alıb, rahatlaşacaqsınız.
Oxatan - Tam olaraq başa düşə bilmədiyiniz hisslər keçirirsiniz. Bu hiss çökmüş işlərinizə təsir edə bilər, səhv etməkdən çəkinin.
Oğlaq - Uzaqda olan yaxınlarınız ilə xəbərləşib, səyahət planı qura bilərsiniz. Bu arada xərcləriniz də arta bilər, hesabda olmayan ehtiyyaclar yarana bilər. Büdcənizi diqqətlə qurun və istəklərinizi rellaşdırmaq üçün özünüzü məcbur etməyin. Sağlamlığınıza diqqət etməli olduğunuz zamandasınız. Özünüzü çox yormayın.
Dolça - Yeni hadisələrə, fikirlərə dəyişikliklərə açıq olun, tez adaptasiya olun. Bu sizin həyatınızı daha əlverişli edəcək.
Balıq - Önəmsiz problemləri böyüdüb, özünüzü çətinliyə sala bilərsiniz. Bu hissləri azaltmaq üçün məntiqinizdən istifadə etməsəniz , depresiyya düşə bilərsiniz, diqqət edin.