Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçirdilər

DÜNYA
23:37 24.01.2022
402
Burkina-Fasoda hərbçilər prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.

Bu barədə bazar ertəsi yerli mətbuat məlumat yayıb.

14 nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin "Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Qrupa polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Öz növbəsində, hakimiyyətin ələ keçirilməsi prosesinin "qansız” keçdiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR