Burkina-Fasoda terrorçular 50-yə yaxın hərbçini qətlə yetirib

Burkina-Fasoda terrorçular 50-yə yaxın hərbçini qətlə yetirib
DÜNYA
00:41 30.07.2025
326

Burkina-Fasonun şimalında hərbi hissəyə hücum zamanı silahlılar 50-yə yaxın hərbçini öldürüb.

Bu barədə "Associated Press” yerli ictimaiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular Bulsa departamentinin (Namentenqa əyaləti) Darqo kəndi yaxınlığındakı hərbi bazasını hədəf alıblar.

Hücum "Əl-Qaidə” təşkilatı ilə əlaqəsi olan "Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının 100-ə yaxın silahlısı tərəfindən həyata keçirilib. Onlar hərbi hissəni talan edərək yandırıblar.

///Report

OXŞAR XƏBƏRLƏR