Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum etdi

Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum etdi
DÜNYA
12:55 28.06.2023
174
Burkino-Fasonun şimalındakı mərkəzi rayonlardan birinə silahlıların hücumu nəticəsində 31 hərbçi, 3 qruplaşma üzvü ölüb.

Bu barədə məlumatı yerli KİV yayıb.

Bildirilib ki, hadisə Navaka kəndində baş verib. Ötən ayın sonunda Burkino-Faso hakimiyyəti terrorçu qruplaşmalara qarşı mübarizə məqsədi ilə ümumi ictimai səfərbərlik elan edib.

Qeyd edilib ki, iki həftə öncə hakimiyyətin hərbi qüvvələri Burkino-Fasonun şimal-şərqində keçirdiyi hərbi əməliyyat nəticəsində 22 terrorçu zərərsizləşdirib.

Məlumata görə, 2015-ci ildən ölkə terrorçulara qarşı mübarizəyə qoşulub.
OXŞAR XƏBƏRLƏR