Bursada meşə yanğını başlayıb

Bursada meşə yanğını başlayıb
DÜNYA
18:49 05.09.2026
47
Türkiyənin Bursa bölgəsində meşədə yanğın olub.

"TRT Haber"in məlumatına görə, yanğın Bursanın Perçin ve Balıoğlu məhəllələri arasında yerləşən meşəlik ərazidə baş verib.

Əraziyə 4 helikopter, 8 yanğınsöndürən maşın, 76 nəfərlik heyət və digər texnikalar cəlb olunub. Yanğın nəzərətə götürülüb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

///apa.az///
OXŞAR XƏBƏRLƏR