Burun əməliyyatı zamanı ölən qız imtahanda 601 bal toplayıbmış – FOTO

SOSİAL
15:07 23.08.2016
24072

Universitet həyatına qədəm qoymadan dünyasını dəyişdi.

Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın ölüm səbəbi məlum olub.

Avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR