Rosatom-un baş direktoru Aleksey Lixaçev İrandakı Buşehr Atom Elektrik Stansiyası ilə bağlı son vəziyyətə dair açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Vesti telekanalına danışan Lixaçev bildirib ki, bölgədəki münaqişələr fonunda stansiyadan təxliyə prosesi davam edir. Onun sözlərinə görə, bu gün təxliyənin üçüncü mərhələsi həyata keçirilib və 163 nəfər İran–Ermənistan sərhədi istiqamətində təhlükəsiz əraziyə çıxarılıb. Lixaçev vurğulayıb ki, bu, son təxliyə olmayacaq.
O əlavə edib ki, hazırda stansiyada təxminən 300 nəfər qalır və onların bir hissəsi növbətçi heyət kimi fəaliyyətini davam etdirəcək.
Bu arada, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Buşehr Atom Elektrik Stansiyasına daha bir raket zərbəsi endirildiyini açıqlayıb.
Gülay










































