Buskets Devid Bekhemin klubuna keçir

İDMAN
21:08 21.09.2022
345
İspaniya "Barselona"sının kapitanı Serxio Buskets ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılacaq.

Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.
OXŞAR XƏBƏRLƏR