“Buta” Klinikası bəyanat yaydı – “Barəmizdə saxta xəbərlər tirajlanır”

“Buta” Klinikası bəyanat yaydı – “Barəmizdə saxta xəbərlər tirajlanır”
SOSİAL
15:58 24.06.2022
856
Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Buta” klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

AZXEBER.VOM xəbər verir ki, klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən verilən məlumata görə, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır.
Bəyanatda deyilir:

24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək.

Bir daha bəyan edirik ki, "Buta” klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək.
Sonda bəyan edirik ki, "Buta” klinikasının direktoru, Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il müddətində "Eduard Herriot” adına xəstəxanada çalışıb. 2010-cu ildə Azərbaycana dönən A.Bayramov bu günə qədər minlərlə əməliyyat icra edib. Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü olan Dr.Bayramov dövlət proqramı məzunudur. 

OXŞAR XƏBƏRLƏR