Ötən gün blogerlərin reklam qiymətləri ilə bağlı yayılan xəbər cəmiyyətdə böyük narazılıqlara səbəb olub.
AZXEBER.COM xəbər verir ki, tanınmış influenserlərin bir çoxu bu məsələyə münasibət bildirib.
Ülvi-Fatimə kimi tanınan Fatimə Əhmədova bütün blogerlərin vergi ödədiyini deyib:
"Dünənki yayılan xəbərlərlə bağlı tədbir görürük. Kimin reytinqi olmur, başlayır blogerlərdən danışmağa. Həkimi də, müəllimi də, aparıcısı da... Nə istəyirsiniz bizdən? Məsələ ali təhsildir? Təhsilimiz də var Allaha şükür. Bu gün Azərbaycanda ən balaca blogerdən tut, ən tanınmış influenserlərə kimi hamısı vergi ödəyicisidir. Sizin bizimlə olan məsələniz nədir axı?"
Aysel