"Bütün bunlar məktəbin uğurlarını gözügötürməyənlərin işidir" -VİDEO

SOSİAL
16:10 21.06.2016
2738
Son günlər bəzi mətbuat orqanlarında paytaxtın Binəqədi rayonunda yerləşən 283 nömrəli məktəb və məktəbin direktoru Tünzalə Zeynalova haqda yazılar yayımlanmaqdadır.
AZXEBER.COM-un məlumatına görə, yazılarda qeyd olunur ki, məktəbin 11-ci sinif jurnallarından biri cırılıb və məktəb direktoru bu faktı gizlədib.
Bu xəbər məktəb şagirdlərinin, məzunların, pedoqoji kollektivin eyni zamanda valideynlərin etirazı ilə qarşılanıb. Belə ki, portalımıza müraciət edənlər yayılan xəbərin həqiqəti əks etdirmədiyini və sifarişli olduğunu bildiriblər. Məzunlar qeyd edib ki, deyilənlər yalnız məktəbin uğurlarını gözügötürməyənlərin işidir və bu cür qara yaxma kampaniyası ilə məktəbi nüfuzdan salmaq mümkün olmayacaq.
Belə ki, məktəbin ötən tədris ilinin başlanğıncında yeni təmirdən çıxması və Prezident İlham Əliyevin məktəbin açılışında iştirak etməsi bəzi qüvvələri hiddətləndirib və bu səbəbdən məktəb direktoruna qarşı qara-pr kampaniyasına start verilib.Həmçinin yazıda qeyd olunan digər məqam isə Tünzalə Zeynalovanın direktor keçəndən sonra ən yaxın rəfiqəsinin həyat yoldaşını özünə təsərrüfat işləri üzrə müavin təyin etməsiylə bağlıdır. Ancaq kiçik araşdırma zamanı məlum oldu ki, təsərrüfat işləri üzrə müavini məktəb direktoru yox, Bakı Şəhər Təhsil İdarəsi təyin edir.
Eyni zamanda iyun ayının 14-də məktəbdə baş tutan məzun günü öz nümunəvi təşkili və yüksək səviyyədə keçirilməsi ilə digər məktəblərdən xeyli fərqlənib və bu səbəbdən məktəb rəhbərliyinə qarşı dezinformasiya xarakterli və sifarişli yazılar mətbuata sızdırılıb.
Məzun günündə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova deyib:

"Bütün sahələrdə müasirləşən, inkişaf edən müstəqil Azərbaycanımızda son illər milli təhsil sistemində aparılan islahatlar, müşahidə olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri gündən-günə artmaqdadır. Hər il olduğu kimi, bu tədris ilində də məktəblilərin müasir tələblərə cavab verən,təlim-tədris imkanları, infrastrukturuolan məktəblərdətəhsil almaları üçün bütün zəruru tədbirlər həyata keçirilmişdi. AzərbaycanRespublikasınınPrezidenticənab İlham Əliyevin əsaslı təmir olunmuş məktəblərin açılış mərasimlərində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, valideynlərlə, şagirdlərlə görüşü təhsilə yüksək diqqət və qayğıya bariz nümunədir. Xüsusi vurğulamaq istərdim ki,283 nömrəli tam orta məktəbin kollektivi olaraq biz də bu unudulmaz sevinci öz taleyimizdə yaşadıq. Məktəbimiz cari tədris ilində əsaslı təmir edildi və yeni dərs ili ərəfəsində möhtərəm Prezidentimiz məktəbdə olaraq görulən işləri yüksək dəyərləndirdi, pedaqoji kollektivə uğurlar arzuladı. Ümumilikdə, 2015-2016 tədris ilini uğurlu hesab edirəm. Əminəm ki, məzunlarımız qarşıdan gələn qəbul imtahanlarında da uğur qazanacaq və bizi sevindirəcək"

On da qeyd edək ki,2014 – 2015-ci tədris ilində qəbul imtahanlarında 47 şagird ali məktəblərə qəbul olmuş, bunlardan 7 nəfəri 600-dən yüksək bal toplamışdır. 16 aprel 2016-cı ildə məktəb rəhbərliyinin və ümumi məktəbin fəaliyyəti haqqında valideynlərlə anonim sorğu keçirilib. Sorğunun nəticəsi əsaslandırılmış sənəddə təqdirəlayiq hesab edilib.

Xatırladaq ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Binəqədi rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

Məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si respublikanın ali məktəblərinə qəbul olunub ki, bunlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi təhsil sahəsinin ən müasir tələblər səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradır.

283 nömrəli məktəbdə baş tutan məzun günü ölkə mediası tərəfindən də yaxından izlənilib və ölkə televiziyaları məzun gününə geniş yer ayırıb.Sonda Mədəniyyət TV-nin 283 nömrəli məktəbdən hazırladığı verilişi təqdim edirik:AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR