Bütün dünya üçün xəbərdarlıq! - Təhlükəli asteroid aşkarlandı

Bütün dünya üçün xəbərdarlıq! - Təhlükəli asteroid aşkarlandı
DÜNYA
00:53 25.11.2022
497
Elm adamları Yerlə yollarını kəsişmək potensialına malik olan "planet qatili” kəşf etdiklərini açıqlayıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından astronom Scott Sheppard ölçüləri təxminən 1,5 kilometr diametrdə "planet qatili" olaraq xarakterizə edilən Yerə yaxın 2 asteroid kəşf etdiklərini açıqlayıb.

Asteroidin ölçüsü onu son 8 ildə dünya üçün aşkar edilmiş ən böyük potensial təhlükəyə çevirir. Bir obyektin potensial təhlükəli sayılması üçün o, Yer ətrafında 7,5 milyon kilometr orbitə çıxmalı və zərbə zamanı böyük ziyana səbəb olacaq qədər böyük olmalıdır.

 "2022 AP7” asteroidinin nə vaxt kəskin təhlükə yaradacağı məlum deyil.

Aydın
OXŞAR XƏBƏRLƏR