Bütün dünyanın gözü bu şəhərdə - FOTOLAR

Bütün dünyanın gözü bu şəhərdə -  FOTOLAR
SİYASƏT
02:20 02.04.2016
1725
Bu gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.
AZXEBER.COM azərtac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Zirvə görüşünü açıq elan edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb.
OXŞAR XƏBƏRLƏR