Bütün ermənilərin katalikosu Hacı Allahşükür Paşazadədən kömək istədi

SİYASƏT
17:21 22.08.2013
1638

Bütün ermənilərin katalikosu II Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə məktub göndərib.

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Eçmiədzin kilsə dəftərxanasının mətbuat katibi ierey Vaqram Melikyan bildirib. II Qaregin məktubunda QMİ sədrindən erməni əsir Akop İnciqulyanın Ermənistana qaytarılması istiqamətində addımlar atmağı xahiş edib. Vaqram Melikyanın sözlərinə görə, II Qaregin bu məsələdə vasitəçilik etmək üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirillə də müraciət edib.

OXŞAR XƏBƏRLƏR