Bütün gözlər Azərbaycanda: Prezidentin müsahibəsindəki açıq mesajlar - VİDEO

Bütün gözlər Azərbaycanda: Prezidentin müsahibəsindəki açıq mesajlar - VİDEO
SİYASƏT
16:58 02.10.2021
709
27 Sentyabrda Azərbaycan vətən müharibəsinin başlamasının 1-ci il dönümünü anım günü kimi qeyd etdi. Dünya ictimaiyyətinin diqqəti yenidən ölkəmizə, xüsusən Ali Baş Komandan, Prezident İlham Əliyevə yönəldi. Ölkə başçısı dünyanın bir sıra aparıcı telekanallarına müsahibələr verdi. Prezident İlham Əliyev bu dəfə də, qətiyyəti, ölkəmizin ədalətli mövqeyini ortaya qoyması, eyni zamanda xüsusi natiqlik qabiliyyəti ilə diqqəti özündə cəmləşdirdi.

APA TV-yə açıqlama verən deputat Elman Məmmədov deyir ki, hazırda Azərbaycanla bağlı məsələlər bütün dünyada müzakirə olunur və ölkəmizin haqq işini əksər dövlətlər dəstəkləyir. Deputatın sözlərinə görə, müəyyən dövlətlər, xırda təşkilatlar Azərbaycanın haqq işinə kölgə salmağa çalışsa da, Azərbaycan Prezidenti bu dövlətlərə beynəlxalq hüquqa əsaslanan adevkat cavablar verir: "Cənab Prezident hələ müharibə dövründə 30 dan çox dünyanın tanınmış media qurumlarına, informasiya agentliklərinə müsahibələr verdi. Çox təəssüf ki, gələn jurnalistlərin çoxu qərəzli mövqe sərgiləyirdi. Ölkə başçısı özü dediyi kimi, onlar jurnalistdən daha çox prokuror mövqeyi sərgiləməyə çalışırdılar. Ancaq Cənab Prezident verdiyi yüksək cavablar sayəsində onlar verdikləri suallara əsaslandırılmış cavablar alırdılar. Həm diplomatik baxımdan, həm dövlət başçısı kimi, həm də sərkərdə kimi”.

Elman Məmmədovun fikrincə, bu proses bu gün də davam edir: "Frans 24 telekanalının jurnalisti prezidentə sual verir ki, Dağlıq Qarabağa muxtariyyət verilməyəcək? Status kvo olmayacaq? Cənab prezident qəti şəkildə dedi ki, xeyir verilməyəcək”.

Deputat Fazil Mustafa isə deyir ki, ölkə başçısının dünya ictimaiyyəti ilə təmaslarında, beynəlxalq təşkilatlarla görüşlərində ana xətt Qarabağın gələcəyi ilə bağlı mövzu olur. Onun sözlərinə görə, Azərbaycan Prezidenti son günlərdə olan çıxışlarda məsələyə daha aydın şəkildə öz münasibətini bildirdi: Prezident ilk növbədə Qarabağın hər hansı bir statusunun olmayacağı, Qarabağın artıq Azərbaycanın iqtisadi bölgəsi, rayonu kimi olduğunu, bütün münasibətlərin bu konteksdə müəyyən olunduğunu, Ermənilərin ölkəmizdə yaşayan digər azsaylı xalqları kateqoriyasına daxil olduğunu bildirdi. Bu həm də onu göstərdi ki, Azərbaycan artıq kiminsə diktəsi ilə Qarabağın süni formada hansısa bir siyasi formasının Azərbaycana diktə olunmasına icazə verməyəcək. Bu birmənalı şəkildə sonuncu müsahibədə də özünü göstərdi”.

Deputatın sözlərinə görə, Prezident qətiyyətli fikirlər səsləndirərək, istənilən ölkənin Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirdi və göstərdi ki, Gorus-Qafan yolunda nəzarət etməklə Azərbaycan özünün suverən hüququnda istifadə edir: "Hər hansı bir ölkə Azərbaycanın başı üzərindən Qarabağda yaşayan Ermənilərə dəstək verərsə, Azərbaycan tərəfi bunun qabağını qətiyyətli şəkildə alacaq. O cümlədən İranın da bu məsələ də qonşuluq prinsipinə uyğun davranması zəruridir. Əgər bu davranışdan İran imtina edərsə bu, özü üçün baha başa gələcək, çünki Azərbaycan əvvəlki Azərbaycan deyil və kifayət qədər gücü olan bir ölkədir. Əgər bu cür təhdidlərdə maraqlı olsalar layiqli cavab veriləcək”.

Deputat bildirib ki, ölkə başçısı son günlər olan çıxışlarında qonşularımızla normal əlaqələrimizin inkişaf etməsində maraqlı olduğunu vurğulayıb. Bu inkişaf həm də regionun gələcək inkişafına töhfə verə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib