“Bütün kanalları peyk yayımına qəbul etmək üçün tam hazırıq”

İQTİSADİYYAT
18:55 20.08.2013
3158

“Azərkosmos” ASC Azərbaycanın bütün yerli və regional kanallarının milli peyk üzərindən yayımını təşkil etmək üçün texniki olaraq tam hazırdır.

AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi xəbərə görə, hazırda “Azerspace-1” peyki üzərindən AzTV, İTV, CBC, “Xəzər” TV, ANS TV, “Mədəniyyət” TV, “İdman Azərbaycan”, “Azad Azərbaycan” TV kanalları yayım həyata keçirir.“Azərkosmos” ASC digər kanalları da peyk yayımına qəbul etmək üçün tam texniki hazırlığa malikdir.Regional kanalların da “Azerspace-1” üzərindən yayıma qoşulması texniki cəhətdən tam mümkündür və indiyədək bir neçə regional TV kanalı peyk üzərindən yayımlanmaq üçün müraciət edib” - deyə, məlumatda qeyd olunub.“Azərkosmos”a müraciət etmiş kanallara bütün lazımi texniki və kommersiya şərtləri barədə məlumat verilib.“Azerspace-1” peyki kommersiya layihəsidir və peykin tutumlarından istifadə üçün istənilən televiziya kanalı peykin operatoru olan “Azərkosmos” ASC-yə rüsum ödəyir. Bu rüsumlar müştərilərlə kommersiya münasibətləri çərçivəsində və bazar konyukturasına uyğun olaraq tənzimlənir.

OXŞAR XƏBƏRLƏR