Kuba Milli Elektroenergetika İttifaqının sosial şəbəkələrdə verdiyi məlumata görə, bütün Kuba elektrik enerjisiz qalıb.
AZXEBER.COM bu barədə RBC-ya istinadən xəbər verir.
"Milli elektroenergetika sistemində elektrik enerjisinin tam kəsilməsi baş verib.
Elektrik təchizatının bərpası üçün tədbirlər görülür", - deyə məlumatda bildirilir.
"Blekaut" (elektrik enerjisinin kütləvi kəsilməsi) ABŞ-nin adaya qarşı tətbiq etdiyi neft blokadası fonunda baş verib. Son aylarda ölkədə yanacaq tədarükündə və elektrik enerjisində mütəmadi olaraq fasilələr qeydə alınır.