Qan qrupu uyğunsuzluğu problemi artıq tarix olur.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Nara Tibb Universitetinin alimləri bütün qan qruplarına uyğun gələn süni qan hazırlayıblar.
Tədqiqat qrupunun rəhbəri Hiromi Sakai süni qanın istifadə müddəti ötmüş donor qanlardan əldə edilən homoqlobindən hazırlandığını açıqlayıb.
Təcili qanköçürmə tələb edən situasiyalar üçün ümid verən bu kəşf hazırda kliniki test mərhəkəsindədir.
Əgər kliniki testlər uğurlu keçərsə süni qandan 2030-cu ildən etibarən istifadə etmək mümkün olacaq.
Aysel