Bütün sosial ödənişləri başa çatdırıldı

Bütün sosial ödənişləri başa çatdırıldı
İQTİSADİYYAT
11:58 27.08.2025
245
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Bu barədə AZXEBER.COM-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları, avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
OXŞAR XƏBƏRLƏR