Ötən gün Türkiyə Super Liqasının II tur çərçivəsində keçirilən "Trabzonspor" - "Rizespor" (2:1) qarşılaşmasında xoşagəlməz hadisə baş verib. Azarkeşlərinin ağır təhqir və söyüşlərinə dözə bilməyən ev sahibi komandanın futbolçusu Volkan Şən 43-cü dəqiqədə ağlaya-ağlaya meydanı tərk edib. Qeyd edək ki, hər iki komandanın futbolçuları və azarkeşləri oyunçunu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Oyuna davam etməyəcəyini açıqlayan 26 yaşlı yarımmüdafiəçi baş məşqçinin icazəsi olmadan birbaşa paltadəyişmə otaına yolanıb. Onun yerinə 45-ci dəqiqədə Floran Maluda ilə daxil olub. Oyundan sonra açıqlama verən klub prezidenti İbrahim Hacıosmanoğlu bundan sonra Volkan Şəni komandada görmək istəmədiyini bildirib: "Onun etdiyi hərəkəti məhəllə futbolunda edirlər. Bu professional oyunçuya yaraşan hərəkət deyil. Hamı bilir ki, meydanı tərk edən oyunçu ilə eyni yol davam etmərəm. Bu formanın dəyərini hər kəs bilməlidir" - deyə, klub prezidenti söyləyib. Baş məşqçi Mustafa Akçay isə Volkan Şənin meydanı tərk etməsinə səbəb olan azarkeşi qınayıb.//sportliqa.az