Türkiyə hüquq-mühafizə orqanları ölkədə terror aktı törətməyə hazırlaşan PKK terror təşkilatının üzvü, "Baver" kod adlı Yunus Sanamalının saxlanılması üçün genişmiqyaslı axtarışlara başlayıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, mətbuatda fotoları yayılan terrorçu bir neçə gün öncə İstanbula gəlib.
Qeyd olunur ki, o, ələ keçməmək üçün saxta şəxsiyyət vəsiqəsi istifadə edir və qaldığı məkanları tez-tez dəyişir.
![](https://azxeber.com/file/pic/xeber/2017-11/1511156693_600777_03.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2017-11/1511156726_600777_02.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2017-11/1511156749_600777_01.jpg)