Bütün Türkiyə Rəqsanədən danışacaq - FOTOLAR

MAQAZİN
01:05 11.06.2013
2975

Rəqsanə İsmayılova Türkiyə telekanalında aparıcı olacaq.

Müğənninin verdiyi açıqlamaya əsasən, veriliş həftənin 4 günü efirdə olacaq.“Bir gün İstanbuldan” adlanan verilişdə Rəqsanənin qonaq siyahısını türkiyəli və yerli ulduzlarımız təşkil edəcək. Hələlik verilişin yayımlanacağı telekanalın adı açıqlanmır.Verilişdə canlı orkestr sənətçiləri müşayiət edəcək. Müğənni layihənin maraq yaradacağına inandığını söyləyib.Rəqsanə yeni fotosessiyasından ibarət çarx hazırlandığını da bildirib:“Yeni klipim üzərində iş gedir. Təqdimat Ramazan ayında baş verəcək. Hazırda yeni fotosessiyamdan ibarət çarx da hazırlanır. Klip hazır olan kimi albomla birlikdə həmin çarx ekranlara anons şəklində çıxarılacaq. Bunun ardınca, Türkiyənin maqazin verilişlərində sujetlər hazırlanacaq. Həmin ərəfədə Azərbaycanda da təqdimat keçiriləcək”.

OXŞAR XƏBƏRLƏR