Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini söyləyib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə "CNN Türk”ə müsahibəsində deyib.
O, açıqlamasında "Biz ölkəni idarə etməyə can atırıq. Bu ölkəyə sahib çıxmaq istəməyən siyasətçi varsa, o da Kılıcdaroğludur. Mən mayın 28-dən siyasətə davam edəcəyəm. Heç vaxt heç bir siyasi quruluşda olmamışam. Sinan Oğan könüllüləri heç bir gözlənti olmadan siyasətlə məşğul olan insanlardır. Düşünürəm ki, bizim dəstəyimiz ciddi səs gətirəcək. Bütün vətəndaşları Ərdoğana səs verməyə dəvət edirəm”, - deyə bildirib.
Ayşən