Buz küpləriylə bahalı maska effekti - Dərini dartır, gözaltı kölgələri məhv edir

MARAQLI
23:39 26.12.2018
10436
Su içmək orqanizm və dəri üçün əhəmiyyətli olduğu kimi, onun donmuş forması da dəri təmizliyi üçün çox faydalıdır. Buz dərini gərir, daha parlaq edir. 

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, mütəxəssislər makiyaj etməzdən əvvəl buzla üzün təmizlənməsinin daha gözəl görüntü yaratdığı qənaətinə gəliblər. 

Odur ki, makiyaj vasitələrindən istifadə etməzdən əvvəl dərinizin daha sıx və canlı olmasını istəyirsinizsə, o zaman üzünüzə mütləq buz çəkin. Tonal kremin istifadəsindən əvvəl dərinizi yeniləmək üçün bir parça buzu üzünüzə sürtməyiniz kifayət edər. 

Şişkinlik və gözaltı kölgələri aradan qaldırmaq üçün buz yaxşı vasitədir.

Bunun üçün yaşıl çay dəmləyin. Dəmləməni buz qabına tökərək dondurun. Səhər yuxudan oyandıqda üzünüzdə şişkinliklər və göz altında qaraltılar varsa, o zaman onları hazırladığınız buz vasitəsilə aradan qaldırmaq mümkündür. 

Qaşlarınızı almadan əvvəl buz ilə sürtsəniz həmin nahiyə keyiyəcək

Əgər qaşlarınızı aldırarkən incidirsə, onda almağa başlamazdan əvvəl onların üzərinə bir parça buz sürtün. Bu yolla yalnız ağrını azaltmış olmursunuz, həmçinin də qızartı və şiş də aradan qalxır. 
 
Günəş yanıqları

Buz ağrılı günəş yanıqları üçün də çarədir. Bunun üçün aleo vera bitkisinin şirəsini suya qataraq dondurun və sonra yanmış nahiyələrə sürtün. Tez bir zamanda yaxşı nəticə verəcəyini görəcəksiniz. 

Üzün parlaqlığı

Su ilə durulaşdırılmış portağal şirəsini dondurun və sonra bir neçə dəqiqə boyunca bu küpləri üzünüzə sürtün. Üzünüzdə təmizləyici funksiyası yerinə yetirən bu buzlar dərinizdə sağlam görüntü və təbii bir işıltı yaranmasına səbəb olacaq. 

Dərinin tarımlaşdırılması

Buz üzdə olan məsamələri daraldır, dərini yumuşaldır və qırışıqları azaldır. Gözəllik prosedurlarınızda buza yer ayırsanız, o zaman aknelər azalacaq və üzünüzün qan dövranı yaxşılaşacaq.Etməli olduğunuz yalnız bir neçə ədəd buz parçasını təmiz bir bezin içərisinə qoyaraq yatmazdan əvvəl bir neçə dəqiqə boyunca üzünüzdə gəzdirməkdir. Bu hərəkət dərinizi tarımlaşdıraraq səhər daha təravətli dəri ilə oyanmağınıza səbəb olacaq.
OXŞAR XƏBƏRLƏR