Xəbər verdiyimiz kimi, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilməsi və bir nəfərin qətlə yetirilməsi xəbəri ölkə gündəmini zəbt edib.
AZXEBER.COM xəbər verir ki, noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilməsi və 4 nəfərin bıçqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Basqın nəticəsində Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradov və 1971-ci il təvəllüdlü Rahil Muradovun bıçaq xəsarətlərindən ölüb, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova xəsarət alıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər görülür:
"Cinayətkarın saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Cinayətkar saxlanıldığı zaman ictimaiyyətə məlumat veriləcək"
Günel Hüseynli