Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxslə bağlı YENİ DETALLAR

Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxslə bağlı YENİ DETALLAR
SOSİAL
00:00 02.12.2022
770
Noyabrın 29-u saat 20 radələrində Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli cinayətlə bağlı maraqlı faktlar üzə çıxıb.

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Nofəl Səfərov qətlə yetirilən 83 yaşlı Elbrus Muradov və 75 yaşlı Şahirə Muradovanın nəvəsinin keçmiş həyat yoldaşı olub.

Belə ki, bir müddət əvvəl N.Səfərov Muradovların qızının övladından boşanıb. N.Səfərovun hadisə yerindən qaçarkən xəsarət yetirdiyi və cinayətin əsas şahidi olan 25 yaşlı Elbrus Ağalarov isə onun keçmiş qaynıdır.

Müəyyən edilib ki, N.Səfərov qəssab kimi fəaliyyət göstərib. O keçmiş qayınanasının valideynlərinin yaşadığı evə də qəssab baltası və bıçaqla silahlanaraq gəlib. O, keçmiş həyat yoldaşının babası Elbrus Muradovu (həyətdə), nənəsi Şahirə Muradova və dayısı Rahil Muradovu (hər iki şəxsi evdə) əvvəlcə balta ilə, daha sonra bıçaqla vuraraq ağır xəsarətlər yetirib.

E.Muradov hadisə yerində, arvadı və oğlu isə xəstəxanada vəfat edib. Mənzildən çıxdıqda isə o, keçmiş qaynı Elbrus Ağalarovla qarşılaşıb və 25 yaşlı oğlana başından, boynundan xəsarətlər yetirsə də, onu öldürməyərək qaçıb.

O da məlum olub ki, qətlə yetirilən, əslən Füzuli rayonundan olan Elbrus Muradov yaşadığı ərazidə molla və falçı kimi tanınıb. Nofəl Səfərovun ailəsinin uğursuz olmasında E.Muradovu günahlandırması, onun magiya vasitəsilə ailə münasibətlərinə təsir etdiyini iddia etməsi və cinayəti də qisas zəminində törətməsi güman edilir. O, hadisəni törədərkən evdə olduğu müddətdə mənzili alt-üst edib.

Həmçinin məlum olub ki, bir müddət əvvəl Muradovlar ailəsinin evlərindən xeyli miqdarda pul və qızıl oğurlanması ilə bağlı polisə müraciəti olsa da, həmin şikayət əsasında aparılan araşdırma nəticəsində belə bir hadisənin baş vermədiyi və həqiqətə uyğun olmayan məlumatın verilməsi üzə çıxıb.

Hazırda baş vermiş ağır cinayət hadisəsi ilə bağlı intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu