Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO

Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO
SOSİAL
00:43 26.08.2026
159
Hamilə qadının övladı ölü doğulub, yaxınları həkimi ittiham edirlər.

AZXEBER.COM "Xəzər" TV-yə istinadla xəbər verir ki, ikinci övladının dünyaya gəlməsini gözləyən qadın doğuş üçün xəstəxanaya aparılsa da, balasını qucağına ala bilməyib.

Faciəvi hadisə Xəzər rayonunun Buzovna qəsəbəsinin sakini Səadət Musaibovanın başına gəlib. O, doğuş üçün xəstəxanaya vaxtında çatdırılsa da, övladı ölü doğulub. Valideynləri bu məsələdə həkim səhlənkarlığının olduğunu iddia edirlər.

Səadətin anası İradə Rəhimovanın sözlərinə görə, qızının son ultrasəs müayinəsi zamanı ona qeysəriyyə əməliyyatı tövsiyə edilsə də, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim Rəna Həsənova bunu məsləhət bilməyib.

Anasının dediyinə görə, elə həmin axşam saat 8-ə 15 dəqiqə işləmiş Səadət Musaibovanı əməliyyat etsələr də, uşağı xilas etmək mümkün olmayıb. Səadət Musaibovanın ailəsinə uşağın ölü doğulduğu deyilib.


OXŞAR XƏBƏRLƏR