Buzovnada piyadanı vurub qaçan sürücü saxlanıldı

Buzovnada piyadanı vurub qaçan sürücü saxlanıldı
SOSİAL
15:11 25.10.2019
11714
Oktyabrın 24-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR