Böyük Britaniya rusiyalı siyasətçi Aleksey Navalnının dünyasını dəyişdiyi Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki Arktika cəzaçəkmə koloniyasının rəhbərliyinə sanksiya tətbiq edib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, cəzaçəkmə koloniyasına rəhbərlik edən 6 nəfərə sanksiya tətbiq olunub.
Qeyd edək ki, A.Navalnı fevralın 16-da sözügedən cəzaçəkmə koloniyasında vəfat edib.