Böyük Britaniya şahzadəsi 20 saat soyuducuda qaldı - VİDEO

DÜNYA
17:34 18.09.2013
1621
Cənub qütbünə səfərə hazırlaşan Böyük Britaniya şahzadəsi Harri soyuducuda qalıb. O, qütbdəki hava şəraitini stimulasiya edən kamerada 20 saat vaxt keçirib. Harri içəridə 35 dərəcə şaxtaya və saatda 50 km çox sürəti olan süni küləklərə dözməli olub.Cənub qütbünə Harri Əfqanıstanda hərbi xidmət zamanı yaralanmış britaniyalı müharibə veteranları ilə yollanacaq. Ekspedisiya noyabr ayının sonunda başlayacaq və onun 15 gün davam edəcəyi gözlənilir. Britaniyalı heyət hər gün 10 kilometrdən çox məsafəni qət etməyi planlaşdırır. Britaniyalı şəhzadənin yer aldığı ekspedisiyada 2 tanınmış aktyor da iştirak edəcək.//anspress

OXŞAR XƏBƏRLƏR