Böyük Britaniya Sudana sanksiyalar hazırlayır

Böyük Britaniya Sudana sanksiyalar hazırlayır
DÜNYA
03:22 19.11.2025
123
Böyük Britaniya Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətin hərbi əməliyyatlar fonunda gərginləşməsi ilə əlaqədar olaraq bu ölkəyə qarşı sanksiyaların hazırlanmasına başlayıb.

Bu barədə xarici işlər naziri İvett Kuper açıqlama verib.

"Sudanda insan haqlarının pozulması və hakimiyyətdən sui-istifadə ilə bağlı mümkün sanksiyaların hazırlanması üçün əməkdaşlarıma göstəriş vermişəm", - nazir İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası) çıxışında bildirib.

O həmçinin tərəfləri Sudana humanitar yardımın çatdırılmasını təmin etmək üçün üç aylıq atəşkəsə çağırıb: "Biz təcili olaraq üç aylıq humanitar atəşkəsin əldə olunmasını tələb edirik ki, bu da zəruri malların çatdırılmasına zəmanət verəcək".
 
/report
OXŞAR XƏBƏRLƏR