Böyük Britaniya və Aİ razılığa gəldi

Böyük Britaniya və Aİ razılığa gəldi
DÜNYA
21:08 11.06.2025
740
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Cəbəllütariqin "Brexit”dən sonrakı statusuna dair razılığa gəliblər.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, danışıqlar 2020-ci ildən bəri, Britaniyanın Aİ-dən ayrılmasından sonra davam edirdi. Yeni razılaşmaya əsasən, Cəbəllütariq ilə İspaniya arasındakı sərhəddə insanlar və mallar üçün sərhəd yoxlamalarına ehtiyac olmayacaq. Bu, bölgədə gündəlik hərəkət edən təxminən 15 min insan üçün əhəmiyyətli asanlıq yaradacaq. Cəbəllütariq hava limanına gələn sərnişinlər üçün pasport yoxlamaları həm Cəbəllütariq, həm də İspaniya rəsmiləri tərəfindən birgə aparılacaq.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi razılaşmanı praktiki həll adlandıraraq bildirib ki, bu razılaşma həm Britaniya suverenliyini, həm də Cəbəllütariqin iqtisadiyyatını qoruyur. Cəbəllütariqin Baş naziri Fabian Pikardo da razılaşmanı alqışlayıb.

Britaniya hökuməti bildirib ki, bütün tərəflər Cəbəllütariq üzrə yekun Aİ–Böyük Britaniya müqavilə mətnini tezliklə tamamlamaya sadiqdirlər.
OXŞAR XƏBƏRLƏR