"Böyük büdcəyə çəkilən filmlər reytinq vermir"

"Böyük büdcəyə çəkilən filmlər reytinq vermir"
MAQAZİN
13:11 09.02.2026
260
Aktyor-rejissor Kənan Mahmudov (M.M) film büdcələrindən gileylənib.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Pərvizə görə" verilişində danışıb.
 
Kənan iddia edib ki, böyük büdcəyə çəkilən filmlər reytinq vermir:
 
"Bu gün filmlərə, seriallara ayrılan büdcələr ürəkaçan deyil. Amma bu o demək deyil ki, hər şeydən əlini çəkməlisən. Mənim birlikdə çalışdığım türk rejissor məndən hansı texniki vasitəni istədisə, dedim yoxdur. Bir il sonra təqdimata gələndə mənə dedi ki, siz sehirbazsınız. Çünki sizin film çəkdiyiniz şəraitdə biz heç foto çəkmirik. 
 
Azərbaycanda serialların reytinq verməməsinin bəzi səbəbləri var. Reytinq keyfiyyət göstəricisi deyil. Statistika bizə göstərir ki, Azərbaycanda seriallara qadınlar baxır. Serial o qədər maraqlı olmalıdır ki, qadın mətbəxdə olsa da, eşitdiyi səsdən anlamalıdır ki, orada nə baş verir. 
 
Ailə-məişət serialları mənim ruhuma yaxın deyil. Aktyor kimi də özümü orada görmürəm. Hansısa serial reytinq vermirsə, ona keyfiyyətsiz demək doğru deyil. Yaxşı və ya pis aktyor anlayışı yoxdur, sadəcə aktyor var. O da rejissordan bəhrələnməlidir. Mənim bəxtim onda gətirib ki, aktyor olduğum üçün serial çəkəndə də nə istədiyimi bilirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR