"Böyük Dəbilqə" turniri: Hidayət Heydərov mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Hidayət Heydərov mübarizəyə başlayır
İDMAN
11:53 29.11.2025
109
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə iki cüdoçumuz mübarizəyə qoşulacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov 1/16 final mərhələsində Adil Osmanov / Covanni Espozito cütünün qalibi ilə qarşılaşacaq.

Həmçinin eyni çəki dərəcəsində digər cüdoçumuz Rəşid Məmmədəliyev ABŞ-ni təmsil edən Stiven Boldbaatarla qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR