'Böyük dəbilqə'nin yarımfinalçıları bəlli oldu

İDMAN
08:51 24.01.2013
1150
Tennis üzrə “Böyük dəbilqə” seriyasından keçirilən Avstraliyanın açıq çempionatında yarımfinalçılar müəyyənləşib.Qadınların fərdi mübarizəsində ¼ final matçında sensasiya baş verib.ABŞ-ın məşhur tennisçisi Serena Uilyams 19 yaşlı həmyerlisi Sloyan Stivensə uduzub – 6:3, 5:7, 4:6. Stivensin yarımfinalda rəqibi belaruslu Viktoriya Azarenko olacaq. Azarenko ¼ finalda rusiyalı Svetlana Kuznetsovanı üstələyib – 7:5, 6:1. Digər yarımfinal matçında isə çinli Na Li rusiyalı Mariya Şarapovanı sınağa çəkəcək. ¼ finalda Li polşalı Aqnyeşka Radvanskanı 7:5, 6:3, Şarapova isə həmyerlisi Yekaterina Makarovanı yenib – 6:2, 6:2.Kişilərin fərdi mübarizəsinə gəldikdə, ¼ finalda serbiyalı Novak Cokoviç çexiyalı Tomas Berdıxı udub – 6:1, 4:6, 6:1, 6:4. İspaniyalı David Ferrer həmyerlisi Nikolas Almaqrodan üstün olub – 4:6, 4:6, 7:5, 7:6, 6:2. Böyük britaniyalı Endi Mürrey fransalı Jeremi Şardiyə qalib gəlib – 6:4, 6:1, 6:2. İsveçrəli Roje Federer isə fransalı Jo-Vilfrid Tsonqanı yenib – 7:6, 4:6, 7:6, 3:6, 6:3. Yarımfinalda Cokoviç Ferreri, Federer isə Mürreyi sınağa çəkəcək.Qeyd edək ki, turnirə yanvarın 27-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA