Futbol üzrə Türkiyə milli komandası 2024-cü il Avropa çempionatına hazırlıq çərçivəsində Avstriyaya 6:1 hesabı ilə məğlub olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Montella çıxışında azarkeşlərdən böyük hesablı məğlubiyyətə görə üzr istəyib:
"Əvvəlcə onu deməliyəm ki, bura gəlib bizi izləyən azarkeşlərimizdən üzr istəyirik. Deyə bilərəm ki, ilk hissədə yaxşı futbol oynadıq, sadəcə bəzi mövqelərdə yanıldıq və bu, onlara qol imkanları yaratdıq. Birinci hissədə çoxlu mövqelər təşkil etdik, ancaq bir qol vurduq. İkinci hissədə məni əsəbləşdirən o oldu ki, onların qolundan sonra birliyimizi pozub məsafələri açmağa başladıq və sonra da nəticə belə oldu. Bu matçdan sonra komandanı ən yaxşı şəkilə gətirməyə çalışacağıq".
Jurnalistin "arxadan gələrək oynamaqla riskə gedirsiz" sualına Montella "Əslində risk etməyimizin heç bir mənası yox idi, o sahədə say üstünlüyünə malik idik, 7-5-lik oyun qururduq. Bəzən isə meydana çıxa bilməyəndə irəli oynamalı olduq. Məncə, bu baxımdan risk etmədik. İlk hissə ilə müqayisədə ikinci hissədə çox qol buraxdıq. Biz bu məğlubiyyəti çox yaxşı analiz etməliyik. İlk hissədə göstərdiyimiz futbol çox da pis deyildi, bütün detalları unutmaq lazım deyil. Almaniya üzərindəki qələbədən sonra tarazlığı qorumalı olduğumuz anlar oldu", - deyə cavab verib.
Məşqçi jurnalistin "İstefa verməyi düşünürsünüzmü?" sualına "Sualınıza cavab verməyəcəyəm, Düşünürəm ki, bu, lazımsız təxribatdır", - deyərək zalı tərk edib.
Mikayıl