Böyük müharibəyə hazır olmalıyıq - Rus general

Böyük müharibəyə hazır olmalıyıq - Rus general
DÜNYA
19:35 19.08.2022
388
Böyük müharibə qapımızı döyür. Buna hazır olmalıyıq. Artıq Rusiya üçün geriyə yol yoxdur.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan generalı, Dövlət Dumasının deputatı Andrey Qurulev bölüşüb.

"Hadisələrin gedişatı müharibənin Ukrayna ilə bitə biləcəyini göstərmir. Hər şey böyük müharibənin başlanacağından xəbər verir. Buna hazır olmalıyıq. Bizim artıq bir addım belə geri çəkilməyə şansımız yoxdur. Bizi çoxdan bu müharibəyə sövq edirdilər. Qərb bu müharibəni illər öncə planlaşdırıb və tam hazırdır", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR