"Böyük saray"da fantastik menyu qiyməti: 1 nəfər üçün 300 manat

"Böyük saray"da fantastik menyu qiyməti: 1 nəfər üçün 300 manat
SOSİAL
15:14 19.04.2017
57099
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə mediada aydınlıq gətirib.
 
Toylarının Bakıda yerləşən "Böyük Saray" şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib. 
 
Musavat.com isə kiçik bir araşdırma ilə həmin şadlıq sarayındakı qiymətlər və detallarla maraqlanıb. Şadlıq sarayından əməkdaşımıza bildirildi ki, burada 3 cür menyu var və onların da fərqli qiymətləri var. Adambaşına bir nəfərlik masanın minimal qiyməti 220 manatdan başlanır. Digər menyulara keçək: 250 və 300 manatlıq. Şadlıq saraylarındakı zallar böyük həcmli olduğu üçün ora 400 nəfərdən aşağı qonaq qəbul edilmir. "Böyük Saray”dan öyrəndik ki, qonaqlar daha çox 800 nəfərlik orta zalı tərcih edirlər.
 
Amma ikinci mərtəbədə yerləşən 1620 nəfərlik zal da toy və iri mərasimlər üçün nəzərdə tutulub. İndi gəlin elementar hesablama aparaq. Hesab edək ki, toya 400 nəfər çağırılıb və ən "ucuz” menyu olan 220 manatlıq menyu seçilib. Bu, ev sahibinə 88.000 manata başa gəlir. Yox, əgər, menyu 250 manat, qonaqların sayı isə 800 nəfərdirsə, bu, 200.000 manatlıq xərc deməkdir. Ən maksimal həddi də hesablayaq. 300 manatlıq menyu və 1620 nəfər qonaq. Bu halda da toy sahibi şadlıq sarayına 486.000 manat ödəməlidir. Yəni, təxminən yarım milyona yaxın vəsait... Orta statistik azərbaycanlının ağlına gələn ən birinci sual isə 220 manatlıq menyuda qonaqlara nə təqdim olunmasıdır. Şadlıq sarayından bildirdilər ki, onlar çoxluq yox, keyfiyyət prinsipinə önəm verirlər.
 
Qonaqlarına daha çox brend içkilər, bahalı qəlyanaltılar təqdim edirlər. Bundan başqa, menyuların arasındakı qiymət fərqi həm də də içkilərin sayı, keyfiyyəti ilə bağlıdır. Daha bir məqam isə ondan ibarətdir ki, sözügedən qiymətlərə nə müğənni, nə də fotosessiya xərcləri daxildir. Yəni, şadlıq sarayı qonaqlara və ev sahibinə ekstra hansısa xidmət təklif etmir. Bunun üçün toy sahibi əlavə pul ödəməlidir. Bu halda toyun 400 min dollara başa gəlməsi ilə bağlı deyilənlər də inandırıcıdır. Sıradan müğənnilərin belə fonoqramla yarım saat çıxış üçün 5000 manat tələb etdiyini nəzərə alanda... bunun müğənni, gəlinlik, maşın, fotosessiya...və ağlınıza gələcək-gəlməyəcək minlərlə əlavə xərcini də hesaba qatıb, yazılanların fantaziya olmadığı qənaətinə vara bilərik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb